CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

Hazırda oxunan: CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

632042

İraq İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafı Bağdada dəvət edərək ABŞ və İran arasında vasitəçi kimi çıxış etməyə çalışa bilər.

Bizim.Media xəbər verir ki, CNN telekanalının yaydığı məlumata görə, təhlükəsizlik və siyasət məsələləri üzrə ekspert Əli Rizk belə hesab edir.

"Qalibafın dəvət edilməsinin məqsədlərindən birinin məhz bu olması tamamilə mümkündür", – deyə Rizk CNN-in efirində bildirib.
 

Onun sözlərinə görə, vasitəçilik rolu İraqa öz statusunu yüksəltməyə və Baş nazir Əli Faleh əl-Zaidinin həm Vaşinqton, həm də Tehran üçün mühüm tərəfdaş kimi mövqelərini möhkəmləndirməyə imkan verə bilər.


Bununla belə, ekspert Bağdadın digər vasitəçilərdən – Pakistan, Qətər və Omandan daha böyük uğur qazanacağına şübhə ilə yanaşıb.

"Təəssüf ki, mən İraqın vəziyyətini bu qədər xüsusi edən heç bir şey görmürəm", – deyə o qeyd edib.

İraq dəfələrlə ABŞ və İran qarşıdurmasının mərkəzində olub. Xüsusilə, 2020-ci ilin yanvarında ABŞ hərbçiləri Prezident Donald Trampın əmri ilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qüvvələrinin komandanı Qasım Süleymanini Bağdad hava limanı yaxınlığında məhv ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin