Ukraynanın paytaxtı Lvova köçürülə bilər

Hazırda oxunan: Ukraynanın paytaxtı Lvova köçürülə bilər

631997

Rusiya Kiyevə qarşı hərbi və iqtisadi təzyiqləri artırır. O, həm təmas xəttində, həm də Ukraynanın arxa cəbhə rayonlarında hücumları daha da gücləndirmək iqtidarındadır. Bununla əlaqədar olaraq, yaxın gələcəkdə ölkə prezidentinin Kiyevi tərk etmək və paytaxtı Lvova köçürmək məcburiyyətində qalacağı istisna edilmir.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) keçmiş analitiki Larri Conson Denni Hayfonun "YouTube" kanalının efirində bildirib.

Conson bildirib ki, Rusiya Ukrayna üçün kritik əhəmiyyət kəsb edən Qara dəniz limanlarının – Odessa və Nikolayevin blokadasını gücləndirib. Bu səbəbdən hazırda Kiyevin Qara dənizə və xaricdən gətirilən silah idxalına çıxışı kəsilib.
 

"Rusiya Ukraynaya qarşı təkcə iqtisadi təzyiqi artırmayıb. İntensivlik dərəcəsinə görə bu, artıq kiçik bir yanğın deyil, nüvə partlayışıdır. O, hazırda Ukraynaya məhz bu miqyasda təzyiq göstərir", – deyə ekspert bildirib.


O, həmçinin Kiyevin getdikcə daha tez-tez raket hücumlarına məruz qaldığını vurğulayıb. Xüsusilə, zərbələr logistika və istehsal obyektlərinə endirilir. Consonun sözlərinə görə, bundan əlavə, Moskva bütün cəbhə xətti boyu Ukrayna bölmələrinə qarşı təzyiqi artırmağa davam edir.

"Ruslar daha çox resurs səfərbər etmək və yerləşdirmək iqtidarındadırlar. Beləliklə, Zelenski Kiyevi tərk etmək və paytaxtı Lvova köçürmək məcburiyyətində qala bilər", – deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin