Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

Hazırda oxunan: Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

631990

Tovuzda qatarda yanğın olub.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, hadisə Azərbaycandan Gürcüstana gedən yük qatarının bir vaqonunda Tovuz stansiyası ərazisində yanğın qeydə alınıb.

İlkin məlumata görə, yanğın 42 vaqondan ibarət yük qatarının 36-ci vaqonunda 70 ton kükürd tozunda tüstülənmə səbəbi ilə baş verib.
 

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.


Yanğın qısa müddətdə söndürülüb, yanğın baş vermiş və digər vaqonlar mühafizə olunub. Hadisə yerinə digər aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin