Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

Hazırda oxunan: Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

632019

Ermənistan parlamentində qalmaqal yaşanıb. Vitse-spiker Vaaqn Aleksanyan təhlükəsizlik xidmətinin əməkdaşlarına müxalifətçi deputat David Qazinyanı iclas zalından çıxarmağı əmr edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Aravot.am" məlumat yayıb.

Hadisə müxalifətin "Güclü Ermənistan" fraksiyasından Areqi Ovsepyanın parlamentin müvafiq komissiyasının rəhbəri vəzifəsinə namizədliyinin müzakirəsi zamanı baş verib. Hakim "Vətəndaş Müqaviləsi" partiyasını təmsil edən vitse-spiker öz fikirlərini bildirməyə hazırlaşarkən, müxalifətçi deputatlar yerlərindən qışqıraraq onun buna ixtiyarı olmadığını bildiriblər.
 

Cavabında Aleksanyan deputat Tiqran Abramyana xəbərdarlıq edib, daha sonra isə David Qazinyanın hiddətli qışqırıqlarından sonra onu da intizam tənbehi ilə hədələyib. Vitse-spiker "Hörmətli həmkarlar, bu, sizin fraksiyanın iclası deyil, qayda-qanuna riayət edin", – deyə asayişə dəvət edib.


Xəbərdarlığa baxmayaraq, Qazinyan mübahisəni davam etdirib. Bundan sonra Aleksanyan daha sərt tədbir görmək qərarına gəlib. Belə ki, deputat günün sonunadək parlament iclaslarında iştirak etmək hüququndan məhrum edilib. Təhlükəsizlik əməkdaşları zala daxil olublar və Qazinyan oranı tərk edib. Onun ardınca bütün "Güclü Ermənistan" fraksiyası da iclas zalından çıxıb.

Nəşr qeyd edir ki, Ermənistan parlamentində hakim "Vətəndaş Müqaviləsi" bloku ilə müxalif qüvvələr, xüsusən də "Güclü Ermənistan" arasında bu növ toqquşmalar mütəmadi olaraq baş verir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin