Yasamal rayonunda mənzildən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı N.Babayeva müəyyən edilərək saxlanılıb. Onun qızıl-zinət əşyalarını satdığı məlum olub.
Araşdırma aparılır.
Bizim.Media































































































