Türkiyədə tanınmış din xadimi və həyat yoldaşı saxlanıldı- Fotolar

Hazırda oxunan: Türkiyədə tanınmış din xadimi və həyat yoldaşı saxlanıldı- Fotolar

631976

Bu gün səhər saatlarında Türkiyənin Adana şəhərində “Furkan Vakfı” adlı dini icmaya qarşı əməliyyat həyata keçirilib.

Bizim.Media “Hürriyet”ə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində aralarında vəqfin təsisçisi, tanınmış din xadimi Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul olmaqla çox sayda şəxs saxlanılıb. 
 

Məsələ ilə bağlı açıqlama verən Türkiyənin ədliyyə naziri Akın Gürlek ümumilikdə Adanada eyni anda 49 ünvanda əməliyyat həyata keçirildiyini bildirib.


Onun sözlərinə görə, araşdırma çərçivəsində sözügedən təşkilatın lehinə fəaliyyət göstərən 349 sosial media hesabı da bağlanıb. 

Sözügedən təşkilatın cinayət tərkibli fəaliyyətlərinin olduğu iddia edilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin