ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Şimali Koreya lideri Kim Çen Inla 2026-cı ildə görüşməyi planlaşdırdığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Müvafiq suala cavab verərkən Tramp, "Mən bunu edəcəyəm", – deyə vurğulayıb.
Tramp, həmçinin KXDR lideri ilə çox yaxşı münasibətlərinin olduğunu qeyd edərək, "bu, yaxşı haldır" deyə əlavə edib. Bununla belə, Ağ Ev rəhbəri Kim Çen Inla məktublaşdığını gizli saxlayıb və bu barədə ətraflı məlumat verməkdən imtina edib.
"Mən bunu sizə deyə bilmərəm", – deyə Tramp bildirib.
Avqustun 18-də Tramp Şimali Koreya liderinin birbaşa dialoqu bərpa etmək təklifinə cavab verdiyini açıqlamışdı. O, cavabın məzmununu açıqlamasa da, bu təması "çox müsbət" adlandırıb. Bu fonda Dövlət Departamenti Pxenyanla heç bir ilkin şərt olmadan danışıqlara hazır olduğunu təsdiqləyib,
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:07 / 19.08.2026
Tramp Kim Çen Inla nə vaxt görüşəcəyini AÇIQLADI
Hazırda oxunan: Tramp Kim Çen Inla nə vaxt görüşəcəyini AÇIQLADI
Hazırda oxunan: Tramp Kim Çen Inla nə vaxt görüşəcəyini AÇIQLADI
632013
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































