NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

Hazırda oxunan: NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

631998

NATO İrandan Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endiriləcəyi təqdirdə üzv ölkələrinə yönələn təhdidlərə cavab verməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun nümayəndəsi CNN-ə bildirib.

"NATO istənilən təhdidə qarşı durmağa hazırdır və müttəfiqləri qorumaq üçün bütün zəruri tədbirləri görəcək", - o qeyd edib.

NATO rəsmisi bu ilin əvvəlində NATO Hava Hücumundan Müdafiə Sistemlərinin İrandan Türkiyəyə atılan raketləri uğurla zərərsizləşdirdiyini xatırladıb.

Bu açıqlamalar "Financial Times" qəzetinin İrana yaxın mənbələrə istinadən Tehranın Vaşinqtonun müharibəni genişləndirməsi halında Avropadakı ABŞ hərbi obyektlərinə hücum ehtimalını nəzərdən keçirdiyini bildirməsindən sonra səsləndirilib.

Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsində təsbit edilmiş kollektiv müdafiə prinsipinə əsasən, alyans üzvlərindən birinə edilən hücum hamıya edilmiş hücum kimi qiymətləndirilir.

Bu günə qədər bu maddə yalnız bir dəfə - 2001-ci il sentyabrın 11-də ABŞ-də baş vermiş terror aktlarından sonra həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin