Ərəbistandakı vətəndaşlarını dilənçilik etməməyə çağırdı

Hazırda oxunan: Ərəbistandakı vətəndaşlarını dilənçilik etməməyə çağırdı

631938

Pakistanın Səudiyyə Ərəbistanındakı səfirliyi öz vətəndaşlarına sərt xəbərdarlıq edərək onları yerli qanunlara əməl etməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

Məlumatda dilənçiliyin və ya icazəsiz ianə toplamağın Səudiyyə Ərəbistanında həbsə, saxlanmaya və deportasiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq olunub. 

Sözügedən xəbərdarlıq, xüsusilə Məkkə və Mədinə şəhərlərinə gedən zəvvarlara şamil edilib.
 

Səfirlik bu məlumatı Səudiyyə Ərəbistanında bir neçə pakistanlının dilənçilik və viza rejimini pozmaqda şübhəli bilinərək saxlanılmasından sonra yayıb.


Qeyd edək ki, Səudiyyə Ərəbistanında, xüsusilə Məkkə və Mədinədəki müqəddəs məkanların ətrafında dilənmək və icazəsiz pul toplamaq qanunsuz hesab edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin