"Rəşad Məcid, sənin nə işin var ədəbi mühitdə?"

Hazırda oxunan: "Rəşad Məcid, sənin nə işin var ədəbi mühitdə?"

102651
Moderator.az-ın Gənc Ədiblər Məktəbi ilə bağlı açdığı polemika davam edir. Bu dəfə gənc yazar Zamiq Mehdisoyun "AYB-ın ayıbları" yazısını təqdim edirik.

"Bir yaradıcı gənc kimi AYB-dəki haqsızlıqlara qarşı etiraz səsimi ucaltmağa haqqım çatdığını düşünərək bu yazını yazmağa özümdə cəsarət tapdım. Yəqin bu cəsarətimə görə hörmətli Anar müəllim məni bağışlayar.

İlk olaraq "Gənc ədiblər"in fəaliyyətindən (əslində isə fəaliyyətsizliyindən) başlayıram. Bu günlərdə bir qrup gənc qələm əhli həmin o məktəbin diplomunu almışdır. O gənclər arasında istedadlı həmkarlarım da var. Lakin məsələ bunda deyil. Biz hamımız bilirik ki, məktəb nə deməkdir. "Gənc ədiblər"i necə məktəb hesab etmək olar axı? Fəaliyyət göstərdiyi müddətdə yalnız hansısa şair və yazıçını qonaq qismində dəvət edərək, biz gəncləri onların özləri haqqında boş-boş danışıqlarına və səviyyəsiz şeirlərini dinləməyə dərs adı vermək biz gənclərə qarşı həqarətdən savayı bir şey deyildir.xa0

O məktəbin üzvü olan, amma diplom almayan bəzi həmkarlarım Rəşad Məcidin yanına gedib, onlara nə üçün diplom verilmədiyini soruşublar.xa0 Rəşad Məcidin onlara verdiyi cavaba diqqət edin: " Gələn il dərslərə vaxtında və davamlı gələrsiz sizə də diplom verərəm". Hansı dərsə?xa0 Adam sanki gənclərə ədəbiyyat haqqında mühazirə-filan deyib bu vaxtacan! Soruşan lazımdır, ay adam, sənin nə işin var ədəbi mühitdə? Jurnalistsən get jurnalistliyni elə də! Məktəbin bütün yükünü yıxmışdı Emin Pirinin çiyinlərinə. Emini həm maddi, həm də mənəvi ziyana salırdı.xa0 Sözdə guya gənclərə dəstək olur... Rəşad Məcid ədəbiyyatda nə qədər formal bir fiqurdursa, onun məktəbi də bir o qədər formaldır.

Hələlik deyəcəklərim bu qədər. AYB-ın növbəti ayıblarında görüşənədək".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin