İran Səudiyyə Ərəbistanını Həcc ziyarətinin pis təşkil edilməsində ittiham edib

Hazırda oxunan: İran Səudiyyə Ərəbistanını Həcc ziyarətinin pis təşkil edilməsində ittiham edib

97946
Səudiyyə Ərəbistanında yüzlərlə zəvvarın ölümünə səbəb Həcc ziyarəti prosesinin idarə edilməsində səriştəsizlik olub.

Moderator.az tass-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi İran prezidenti Həsən Ruhani BMT-nin Baş Assambleyasının 70-ci sessiyasında bildirib.

“Həcc prosesinin idarə olunmasında səriştəsizlik Səudiyyə Ərəbistanında yüzlərlə zəvvarın ölümünə səbəb olub”x9d, - Ruhani deyib.

Onun sözlərinə görə, həlak olanların çoxunun indiyə qədər kimliyi müəyyən edilməyib. Yüzlərlə insan hələ də itkin düşmüş hesab edilir. Səudiyyə Ərəbistanı bütün dünyadan gələn zəvvarların “təhlükəsizliyin təmin edilməsinə dair beynəlxalq öhdəçiliyini pozub”x9d.  

Ruhani qeyd edib ki, nümayəndələrinin Məkkəyə gəlmək və öz itkin düşmüş vətəndaşlarının taleyini araşdırmaq üçün İran krallıqdan konsul xidmətlərinin göstərilməsini tələb edib.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin