ABŞ və Rusiya prezidentləri Barak Obama və Vladimir Putin Suriyada siyasi nizamlanmanın perspektivlərini müzakirə etmək niyyətindədirlər və bu məsələdə uğurun əldə olunması iki ölkənin, xa0bölgə dövlətlərinin və Suriya xalqının birgə səyləri nəticəsində mümkündür. xa0Moderator.az-ın “RİA Novosti”x9dyə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods bildirib. xa0
xa0
Ben Rods jurnalistlərə ABŞ və Rusiya arasında Suriyaya dair fikir ayrılıqlarının olduğunu xatırladaraq, xa0bu problemin həll olunması üçün bölgə ölkələri ilə birlikdə birgə səylərin göstərilməsinin vacibliyini qeyd edib.




































































































