Son xəbərə görə, artıq ölü sayı 717 nəfərə, yaralı sayı isə 805 nəfərə çatıb.
***
Məkkədə - Mina dağında yaranan izdiham nəticəsində 453 nəfər ölüb, 719 nəfər isə xəsarət alıb.
Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
Ölən və yaralananların milli mənsubiyyəti barədə hələlik məlumat verilmir.
***
Mina dağında 150 nəfərin öldüyü, 390 nəfərin yaralandığı bildirilir
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı faciə baş verib.
Moderator.az-ın "Mİlliyet"ə istinadən verdiyi xəbərə görə, Mina dağında yaranan qarışıqlıq nəticəsində azı 150 nəfər ölüb, 390 nəfər yaralanıb. Məlumatı Səudiyyə Ərəbistanının dövlət televiziyası yayıb.
Hələlik hadisənin səbəbləri bəlli deyil.
Xatırladaq ki, sentyabrın 11-də Məkkədə qaldırıcı kranın zəvvarların üzərinə düşməsi nəticəsində 107 nəfər ölüb.



































































































