Prezidenti: "Noyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirəcəyik"

Hazırda oxunan: Prezidenti: "Noyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirəcəyik"

91579
"Hökumətin qurulması üçün nəzərdə tutulan 45 gün tamam olandan sonra Böyük Millət Məclisinin sədri ilə görüşəcəm. Bundan sonra ölkəmizdə növbədənkənar seçki keçirəcəyik. Hazırda seçkinin keçirilməsi ilə bağlı açıqlanan tarix noyabrın 1-dir. İnşallah, noyabrın 1-də təkrar seçki keçirəcəyik".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Seçki hökuməti ilə bağlı sualı cavablandıran R.T.Ərdoğan deyib: "Hökuməti qurmaq üçün mandat verdiyim şəxs lazım gələrsə, parlamentdən, ya da ondan kənardan kabineti quracaq".
O, terrorçuluğa qarşı mübarizəni axıradək aparacaqlarını da vurğulayıb. 
Qeyd edək ki, iyunun 7-də Türkiyədə parlamentə 25-ci çağırış seçkiləri keçirilib. Hazırda Türkiyə Böyük Millət Məclisində AKP 258, CHP 132, MHP 80, Xalqların Demokratik Partiyası (HDP) 80 millət vəkili ilə təmsil olunur. Məclis 550 deputatdan formalaşır. İyulun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 63-cü hökumətin qurulması vəzifəsini AKP sədri və baş nazir vəzifəsini icra edən Əhməd Davudoğluna tapşırmışdı. Ancaq onun CHP və MHP liderləri ilə görüşləri nəticəsiz başa çatıb. Türkiyə Konstitusiyasına əsasən, 45 gün ərzində hökumətin qurulmasına nail olunmazsa, o zaman növbədənkənar seçkilər keçirilir. Bu baxımdan avqustun 23-də həmin müddət başa çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin