Moderator.az-ın verdiyi xəbərə görə,Şanlıurfa Respublika Prokurorluğu HDP həmsədri Figen Yüksekdağ haqqında istintaq başladıb.
HDP həmsədri Selahattin Demirtaşdan sonra digər həmsədr olan Figen Yüksekdağa da istintaq başladılıb.
Şanlıurfa Respublika Prokurorluğu HDP həmsədri Figen Yüksekdağın Kobanidəki səfərindən sonra etdiyi açıqlamalara görə istintaq başladıb.
Baş Prokurorluq "terror təşkilatının təbliğatını etmək" cinayətindən başlatdığı istintaqda Yüksekdağın üzərinə atılmış cinayətin hüquqi ünsürlərinin meydana gəldiyinə qərar versə, Konstitusiyanın 83-cü maddəsinə istinadən, "toxunulmazlığının ləğv olunması" tələb edəcək.
Suriyanın Kobani bölgəsində görüşlərdə olan HDP həmsədir Figen Yüksekdağ 19 iyulda Şanlıurfanın Suruç mahalında açıqlamalar vermişdi.
Yüksekdağ "Biz kürəyimizi YPJ-yə, YPG-yə və PYD-yə dayayırıq, bunu söyləməkdə və müdafiə etməkdə heç bir qorxu görmürük" demişdi.






































































































