Publika.az “Milliyyet”x9də istinadən xəbər verir ki, türk təyyarələri Zap, Gare Metina, Abaşin, Basyan və Harkuk bölgələrində keçirdiyi əməliyyat zamanı 300 kilometrlik ərazi darmadağın edilib. Ən böyük zərbə alan Metina düşərgəsində kamuflyaj edilmiş sığınacaq və silah anbarı məhv edilib. Bombalanan hədəflərin yaxınlığında yerləşən kəndlərdə yaşayanlar əməliyyatlar zamanı sanki dəhşətli zəlzələ olduğunu bildirirlər. Bir çox düşərgələrə atılan bombalar nəticəsində dərin və geniş çuxurlar yaranıb.
Bölgədəki sakinlər PKK-nın antenalar vasitəsilə hava hücumlarından əvvəldən xəbərdar olduqlarını deyiblər. Onların sözlərinə görə, Şimali İraq kürd muxtariyyətinin lideri Məsut Bərzaninin rəhbərlik etdiyi KDP isə Türkiyəyə dəstək verir.


































































































