Ağ Ev bin Laden əməliyyatına dair yazılanları rədd edir

Hazırda oxunan: Ağ Ev bin Laden əməliyyatına dair yazılanları rədd edir

77592
Mayın 11-də Ağ Ev 2011-ci ildə Osama bin Ladenin necə öldürülməsi barədə Obama administrasiyasının yalan danışdığını iddia edən məlumatları rədd edib. Jurnalist Seymur Herşın mayın 10-da London Review of Books-da dərc olunmuş yazısı “qeyri-dəqiqlik və əsassız fərziyyələrlə”x9d doludur, Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Ned Price deyib.

Hersh yazıb ki, bin Laden-i öldürmək üçün administrasiya Pakistan kəşfiyyat rəsmiləri ilə gizlicə əməkdaşlıq edib, Pakistanın ordu və kəşfiyyat rəsmilərinin missiyadan xəbəri olub.

“Osama bin Lade-in öldürülməsi əməliyyatının birtərəfli ABŞ missiyası olmadığını demək saxta iddiadır,”x9d Prays deyib. “O vaxt da dediyimiz kimi, bu əməliyyat barədə informasiya məhdud çevrədə ABŞ rəsmilərinə bəlli idi. Prezident Pakistan da daxil olmaqla, başqa hökumətə informasiya verməmək qərarına gəlib. Reyd baş verənədək heç bir tərəfə xəbər verilməyib. Biz al-Qaeda-nı dağıtmaq işində Pakistanla tərəfdaş olaraq qalırıq, ancaq həmin missiya yalnız və yalnız ABŞ əməliyyatı idi”x9d ("Azadlıq" radiosu).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin