Qab yuyan kimi getdiyi ölkədə bələdiyyə sədri seçildi

Hazırda oxunan: Qab yuyan kimi getdiyi ölkədə bələdiyyə sədri seçildi

77520
İngiltərədə Mühafizəkarlar Partiyasının türk əsilli namizədi yerli seçkilərdə qələbə qazanıb.

ANS PRESS-in məlumatına görə, Mehmet Qayqusuz adlı namizəd 7 rəqibini ötərək Sankt Albans bələdiyyə sədri seçilib. 

Türkiyənin Gümüşhane bölgəsində anadan olan Mehmet 1972-ci ildə İngiltərəyə köçüb. Orada pul qazanmaq üçün qab yuyan və qarson kimi çalışmış Qayqusuz illər sonra vəzifəyə gəlib. O, 25 min 500 əhalisi olan qəsəbədə restoran açıb. Türk vətəndaş daha sonra Maurin adlı İngiltərə vatandaşıyla evlənərək ikili vətəndaşlıq haqqı əldə edib.

2 uşağı olan Qayqusuz 2006-cı ildə Sankt Albans Bələdiyyə Məclis Üzlüyünə seçilib və bir müddət bu vəzifədə çalışıb. İngiltərədə 7 maydakı ümumi seçkilərdə uğur qazanan Mehmet bələdiyyə sədri olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin