ABŞ-da Kubaya qarşı hərbi ssenari hazırlanır - FOTO

Hazırda oxunan: ABŞ-da Kubaya qarşı hərbi ssenari hazırlanır - FOTO

614041

Amerikalılar sanksiyaların və neft blokadasının Kuba xalqını qorxudacağını və onları sövdələşməyə məcbur edəcəyini gözləyirdilər, lakin bu baş vermədi.

Bizim.Media xəbər verir ki, bu barədə "Politico" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, indi İranla bağlı vəziyyət planlaşdırıldığı kimi getmir, kubalılar isə ilkin mərhələdə hesab edildiyindən daha dözümlü və möhkəm çıxıblar.

Nəşrin əldə etdiyi məlumatlara əsasən, Pentaqonun hazırladığı variantlar Kuba hakimiyyətini güzəştə getməyə məcbur etmək üçün təşkil olunacaq tək bir aviazərbədən tutmuş, adada hakimiyyətin tamamilə dəyişdirilməsini hədəfləyən irimiqyaslı quru müdaxiləsinə qədər dəyişir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin