ABŞ İrandan nüvə silahı ilə bağlı yazılı bəyanat gözləyir — Tramp

Hazırda oxunan: ABŞ İrandan nüvə silahı ilə bağlı yazılı bəyanat gözləyir — Tramp

614052

Birləşmiş Ştatlar İrandan Tehranda nüvə silahı yaratmaq niyyətinin olmadığına dair yazılı bəyanat gözləyir.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Onların hazırda ən son düşündükləri şey nüvə silahıdır. İndi onlar (İran hakimiyyəti) bunu yazılı formaya salmalıdırlar", — deyə ABŞ rəhbəri qeyd edib.

Tramp bir daha bəyan edib ki, Birləşmiş Ştatlar İranın hərbi potensialını "demək olar ki, tamamilə məhv edib".

O, ölkənin artıq effektiv hərbi dəniz və ya hərbi hava qüvvələrinə malik olmadığını, rəhbərliyinin isə əhəmiyyətli dərəcədə zəiflədiyini əlavə edib:

"Biz nüvə silahına sahib olmaq istəyən bir ölkəni götürdük və onun ordusunu faktiki olaraq sıradan çıxardıq. Onların donanması, hərbi hava qüvvələri yoxdur, hərbi cəhətdən tamamilə darmadağın ediliblər. Bu, böyük bir itkidir... Biz elə indicə oradan çıxa bilərik, çünki ordularını bərpa etmək üçün onlara 25 il lazım olacaq. Biz onların rəhbərliyini məhv etdik, artıq birinci və ikinci səviyyəli liderləri yoxdur, indi biz üçüncü səviyyənin yarısı ilə iş aparırıq. Hesab edirəm ki, böyük tərəqqiyə nail olmuşuq və hər şey çox sadədir".

Ağ Ev rəhbəri hesab edir ki, Amerika tərəfinin İranla hərbi əməliyyatların dayandırılmasına dair razılığa gəlmək imkanı var:

"Onlar hazırda birbaşa olaraq bizim adamlarımızla təmasdadırlar".

ABŞ lideri Tehranın nüvə silahı əldə edə bilməyəcəyini nəzərdə tutan yekun razılaşmanın əldə olunma ehtimalını yüksək qiymətləndirib:

"Nəyəsə nail ola biləcəkləri ilə bağlı şanslar çox yaxşı görünür".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin