NATO Qara dənizdə təlimlərə BAŞLADI

Hazırda oxunan: NATO Qara dənizdə təlimlərə BAŞLADI

614060

NATO-ya üzv altı ölkənin hərbi dənizçiləri Qara dənizdə keçirilən Opex-26 (Operational Experimentation – əməliyyat sınaqları) adlı beynəlxalq təlimlərdə iştirak edir.

Bizim.Media xəbər verir ki, bu barədə Rumıniya Hərbi Dəniz Qüvvələrinin qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, dəniz pilotsuz aparatlarının sınaqdan keçirilməsi məqsədi daşıyan beynəlxalq manevrlər mayın 18-dən 29-dək Manqaliya hərbi limanında və Qara dənizin müxtəlif bölgələrində keçirilir.

Təlimlərə Bolqarıstan, Kanada, Portuqaliya, Rumıniya, ABŞ və Türkiyə ilə yanaşı, dəniz pilotsuz aparatları istehsal edən mülki şirkətlərin nümayəndələri də qatılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin