Honq Konqda tükürpədici qətl baş verib.
ANS PRESS-in məlumatına görə, 31 yaşlı çinli pianoçu Henri Çau Hoi-Iuenq ata və anasını öldürüb. Lakin ən dəhşətlisi odur ki, qatil 63 yaşlı anası və 65 yaşlı atasını öldürəndən sonra onların ətini sümüyündən ayırıb, qiymə-qiymə doğrayıb. Daha sonra onların ətini duzlayaraq mikrodalğalı sobada bişirərək axşamlar valideynlərinin ətini yeyib.
Henri qətli törədəndən bir müddət sonra "WhatsApp"la mesaj yazaraq valideynlərini öldürdüyünü bildirib. Dostu isə bu haqda polisə xəbər verib. Hadisə yerinə gələn polis cütlüyün soyuducuda başlarını tapıb. Daha sonra evdən onlara aid sümüklər də aşkarlanıb.
Mətbuat ailə daxilində tez-tez problemlər yaşandığını; oğul ilə atanın televizorun səsinin yüksək olduğuna görə mübahisə etdiklərini, anasının isə Henrinin piano təhsili almasına qarşı olduğunu yazıb. Henrinin özü isə məhəkəmədə bildirib ki, o, bu hadisədən 6 ay əvvəl intihar etmək istəyib.











































































































