Yaponiyanın Honşu adası sahillərində 6,0 maqnitudalı zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 239 min nəfər əhalisi olan Aomori prefekturasının Haçinohe şəhərindən 70 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 59 kilometr dərinlikdə qeydə alınıb.
Sunami təhlükəsi ilə bağlı hər hansı xəbərdarlıq verilməyib.
Bizim.Media




































































































