Dünən Suriya prezidenti Bəşər Əsədin nəzarətində olan silahlı qüvvələr ölkənin İdlib şəhərinə kimyəvi silah atıb.
Avropa.info xəbər verir ki, bu haqda dünyanın nüfuzlu KİV-ləri məlumat yayıb.
Məlumatda bildirilir ki, Əsəd ordusu Suriyanın İdlib şəhərinin Sirrin qəsəbəsinə kimyəvi silah atıb. Çoxlu sayda ölənlərin və yaralananların olduğu bildirilir.
Qeyd edək ki, BMT Əsəd hökumətinin kimyəvi silahlardan istifadə etdiyini rəsmən təsdiqləyib. Kİmyəvi silahların İrandan ötürüldüyü bildirilir.




































































































