8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində bayram konserti təşkil olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, konsert proqramında səsləndirilən vətənpərvərlik ruhlu mahnılar və rəngarəng səhnə çıxışları iştirakçılara bayram əhval-ruhiyyəsi bəxş edib. Sakinlər Zəfər Gününün sevincini, qürurunu və qələbə coşqusunu birlikdə yaşayıblar.
Qeyd edək ki, konsert proqramından sonra Zəfər Günü münasibətilə Xankəndi səmasında bayram atəşfəşanlığının keçirilməsi nəzərdə tutulub.
Bizim.Media

































































































