Misli Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, günün ilk matçında "İmişli" "Sumqayıt"ı qəbul edib.
Yevlax şəhər stadionundakı qarşılaşma qolsuz yekunlaşıb.
Meydan sahibləri 11 xalla səkkizinci, "gənclik şəhəri" təmsilçisi 10 xalla doqquzuncu pillədə qərarlaşıb.
Tura "Sabah" - "Şamaxı" görüşü ilə yekun vurulacaq. Oyun saat 17:30-da başlayacaq.
Peşəkar Futbol Liqasının qərarı ilə XI tur "Zəfər turu" adlanıb.
Xatırladaq ki, turun əvvəli oyunlarında "Turan Tovuz" "Qarabağ"ı, "Neftçi" "Kəpəz"i (hər ikisi 1:0), "Zirə" "Qəbələ"ni (2:1) məğlub edib. "Şəfa" - "Araz-Naxçıvan" oyununda isə qalib müəyyənləşməyib - 2:2.
Bizim.Media

- A-
- A
- A+
İdman
17:17 / 08.11.2026
"Sumqayıt" "Zəfər turu"nda "İmişli" ilə heç-heçə etdi
Hazırda oxunan: "Sumqayıt" "Zəfər turu"nda "İmişli" ilə heç-heçə etdi
Hazırda oxunan: "Sumqayıt" "Zəfər turu"nda "İmişli" ilə heç-heçə etdi
646685
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































