Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirildi - Foto

Hazırda oxunan: Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirildi - Foto

646730

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub.

Bizim.Media  xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək, milli birlik və həmrəylik dəyərlərini təşviq etmək, həmçinin Zəfər Gününün ictimaiyyət arasında geniş qeyd olunmasını təmin etməkdir.

Tədbirlərin əsas hissəsi noyabrın 8-də baş tutub. Belə ki, saat 11:00-da Ağdam şəhərində "Ağdam City Hotel"də, Füzuli şəhərində Mirzə Uluqbəy adına tam orta məktəbdə və Xocavənd şəhəri 1 nömrəli tam orta məktəbdə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib.

Tədbirlərdə konsert proqramları, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər, Ağdam və Füzuli şəhərlərində "Zəfər Rəqsi" bədii filminin nümayişi, Xocavənd şəhərində isə Ağdam Dövlət Dram Teatrının təqdimatında "Mübariz" tamaşası nümayiş etdirilib.

Tədbirlərdə dövlət rəsmiləri, ziyalılar, şəhid ailələri, qazilər, rayon sakinləri, eləcə də Prezidentin xüsusi nümayəndəliyinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.

Zəfər Gününə həsr olunmuş tədbirlər xalqımızın tarixi Qələbəsinin əhəmiyyətinin gələcək nəsillərə çatdırılması, milli qürur və vətənpərvərlik hisslərinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirildi - Foto - foto 1
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirildi - Foto - foto 2
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirildi - Foto - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin