Reyxstaq binasında Almaniya bayrağı endirildi: Fələstin bayrağı qaldırıldı - Video

Hazırda oxunan: Reyxstaq binasında Almaniya bayrağı endirildi: Fələstin bayrağı qaldırıldı - Video

646715

Berlində Reyxstaq binasında Almaniya bayrağını endirərək yerinə Fələstin bayrağı qaldıran üç fəal polis tərəfindən saxlanılıb. Onların hər üçünün alman olduğu və immiqrant mənşəyinin olmadığı bildirilir.

Bizim.Media xəbər verir ki, aksiyaya görə məsuliyyəti öz üzərinə götürən “Peacefully Against Genocide” təşkilatı özünü zorakılıqsız vətəndaş müqaviməti hərəkatı kimi təqdim edir.

Təşkilat Almaniyanın İsrailə silah tədarükünə qarşı çıxır və Almaniya hökumətini fələstinlilərə qarşı törədilən cinayətlərdə iştirak etməkdə ittiham edir.

Qrup ənənəvi nümayişlərlə yanaşı, vətəndaş itaətsizliyi aksiyalarından da istifadə edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin