Rusiya, ABŞ və Çin liderlərinin mümkün üçtərəfli görüşünün gündəliyi ilə bağlı təkliflər hazırlanır. Görüşün Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutması ehtimal olunur.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, tərəflər görüşün gündəliyinə daxil ediləcək məsələlərlə bağlı təkliflər hazırlayırlar. Peskov qeyd edib ki, bəzi məsələlər bir tərəf üçün məqbul olsa da, digər tərəf onları məqsədəuyğun hesab etmir. Buna görə də ortaq razılığa gəlmək lazımdır.
O bildirib ki, konsensusa nail olunarsa və görüş baş tutarsa, bütün dünyanın diqqətini cəlb edəcək mühüm müzakirə keçiriləcək.
Qeyd edək ki, APEC sammiti noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl Vladimir Putin, Donald Tramp və Si Cinpinin mümkün görüşünün təşkili və hazırlıqlarına başlanıldığını açıqlamışdı.
ABŞ Prezidenti Donald Tramp isə belə formatda danışıqların ilk növbədə nüvə tərksilahı məsələlərinə həsr olunmalı olduğunu, Ukrayna münaqişəsinin əsas müzakirə mövzusu olmadığını bildirmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:11 / 08.11.2026
Peskov Putin, Si Cinpin və Trampın mümkün görüşünün gündəliyi ilə bağlı danışdı
Hazırda oxunan: Peskov Putin, Si Cinpin və Trampın mümkün görüşünün gündəliyi ilə bağlı danışdı
Hazırda oxunan: Peskov Putin, Si Cinpin və Trampın mümkün görüşünün gündəliyi ilə bağlı danışdı
646696
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































