III Çarlz fikrindən daşınır - Çinə səfər edəcək?

Hazırda oxunan: III Çarlz fikrindən daşınır - Çinə səfər edəcək?

646728

Böyük Britaniya kralı III Çarlz hökumət tərəfindən belə bir təklif irəli sürüləcəyi təqdirdə Çinə ilk səfərini etməyə açıq olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti Bukingem sarayındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, bu, 77 yaşlı monarxın mövqeyində dəyişiklik deməkdir. O, Tibet və insan hüquqları ilə bağlı şəxsi mövqeyinə görə əvvəllər Çinə səfər etməkdən çəkinib. Lakin məqalədə qeyd olunur ki, III Çarlz hazırkı dövlət başçısı statusunda əvvəlki mövqeyinin artıq uyğun olmadığını anlayır.

“The Sunday Times” yazır ki, kralın köməkçiləri hökumətin siyasi baxımdan həssas və mürəkkəb məsələlərdə onun adından çıxış etməsini getdikcə daha çox istədiyini etiraf ediblər.
 

“Əgər hökumət kraldan Çinə səfər edib-etməyəcəyini soruşsaydı, düşünürəm ki, bu məsələni çox diqqətlə nəzərdən keçirərdik. Çin son dərəcə mühüm ölkədir”, – deyə adı açıqlanmayan mənbə bildirib.

O, eyni zamanda Çini “çox mürəkkəb ölkə” adlandırıb və belə bir səfərin proqramının təşkilinin çoxsaylı çətinliklərlə müşayiət olunacağını etiraf edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin