Tramp: “Heç kim mənə Starlinkin söndürüldüyünü sübut etməyib”

Hazırda oxunan: Tramp: “Heç kim mənə Starlinkin söndürüldüyünü sübut etməyib”

646774

ABŞ Prezidenti Donald Tramp Ukraynada Starlink sisteminin sürətinin bu yaxınlarda məhdudlaşdırılmasını şərh edərək, hadisənin kim tərəfindən həyata keçirildiyini bilmədiyini bildirib. Bununla yanaşı, o, belə bir məhdudiyyətin həqiqətən tətbiq olunduğuna da şübhə ilə yanaşıb.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə CBS News telekanalına müsahibəsində danışıb.

Müsahibə zamanı aparıcı bir neçə dəfə ABŞ prezidentindən hadisəyə kimin aidiyyəti olduğunu soruşub. Tramp isə bu məsələyə aidiyyəti olmadığını bildirib və hadisəni kimin törətdiyini bilmədiyini bir neçə dəfə təkrarlayıb.

Starlink sisteminin sahibi İlon Maskın bu hadisəyə görə məsuliyyət daşıyıb-daşımadığı ilə bağlı suala Tramp belə cavab verib:

“İşin məhz kimin tərəfindən məhdudlaşdırıldığını deyə bilmərəm. Amma onu deyə bilərəm ki, nəticədə hər şey əvvəlki vəziyyətinə qaytarıldı”.

Bununla yanaşı, Tramp məhdudiyyətin həqiqətən tətbiq edildiyinə şübhə ilə yanaşıb və müharibə ətrafında çoxlu yalanların olduğunu bildirib.

“Sistem çox yaxşıdır və ola bilsin ki, onu söndürüblər. Bununla belə, mən buna belə əmin deyiləm. Heç kim mənə onun həqiqətən söndürüldüyünü sübut etməyib. Bu müharibə ətrafında çoxlu yalanlar var. Amma bir şeyi bilirəm: bu barədə xəbər tutanda artıq hər şey əvvəlki vəziyyətinə qaytarılmışdı”, – deyə Tramp bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin