Rubinyan: “Ermənistanın sabiq prezidentləri ölkənin əsas düşmənləridir”

Hazırda oxunan: Rubinyan: “Ermənistanın sabiq prezidentləri ölkənin əsas düşmənləridir”

646720

Ermənistan parlamentinin spikeri Ruben Rubinyan ölkənin sabiq prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanı Ermənistanın müstəqilliyinin əsas əleyhdarları adlandırıb.

Bizim.Media xəbər verir ki, Rubinyan bu barədə açıqlamasında bildirib ki, sabiq prezidentlər Ermənistanın müstəqilliyinə qarşı çıxan əsas qüvvələr olub və olaraq qalırlar.

Onun sözlərinə görə, onların siyasi varisləri Kaluqadakı havadarlarının maraqları naminə Ermənistanın müstəqilliyinə qarşı mübarizə aparırlar.

Rubinyan xüsusilə Aram Manukyanı tənqid edib və onun Levon Zurabyana çevrildiyini bildirib.

“Kaluga muzdurları müstəqil Ermənistana uduzacaqlar”, – deyə parlamentin spikeri vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin