İran hava hücumundan müdafiə sistemini gücləndirmək məqsədilə Rusiya ilə danışıqları bərpa edib. Tehran, xüsusilə, S-400 zenit-raket kompleksləri əldə etməyə çalışır.
Bizim.Media The Telegraph-a istinadən xəbər verir ki, noyabrın 5-də İranın təhlükəsizlik xidmətinin rəhbəri Möhsün Rezainin Rusiyaya səfəri zamanı ABŞ-la mümkün müharibə şəraitində İranın müdafiə imkanları və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Lakin Defense Express analitikləri Rusiyanın İrana S-400 sistemləri verməsini az ehtimallı hesab edirlər. Buna səbəb Rusiyanın Ukraynanın zərbələri fonunda öz hava hücumundan müdafiəsini gücləndirməyə ehtiyac duyması, həmçinin S-400 istehsalında çətinliklərlə üzləşməsidir.
Analitiklər bildirirlər ki, Ukrayna Müdafiə Qüvvələri Rusiya ərazisindəki S-400 komplekslərini də məhv edir. Bundan başqa, Rusiya bu sistemlərdən Ukraynaya ballistik zərbələr endirmək üçün də istifadə edir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:24 / 08.11.2026
Analitiklər: Rusiya İrana S-400 zenit-raket kompleksləri verməyəcək
Hazırda oxunan: Analitiklər: Rusiya İrana S-400 zenit-raket kompleksləri verməyəcək
Hazırda oxunan: Analitiklər: Rusiya İrana S-400 zenit-raket kompleksləri verməyəcək
646750
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































