Türkiyənin "Qalatasaray" klubu Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə rəsmi "X" hesabında paylaşım edib.
Bizim.Media xəbər verir ki, klubun paylaşımında "Dost və qardaş ölkə Azərbaycanın Zəfər Günü mübarək!" sözləri yer alıb.
"Fənərbağça" klubu da 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
İstanbul təmsilçisinin paylaşımında isə "Canımız, qardaşımız Azərbaycanın 8 Noyabr - Zəfər Günü mübarək!" sözləri qeyd olunub.
Bizim.Media
































































































