Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto

Hazırda oxunan: Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto

646703

"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum".

Bizim.Media  xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

"Bundan 6 il əvvəl İlham qardaşımın uzaqgörən liderliyi altında bir yumruq kimi birləşən Azərbaycan xalqı böyük qəhrəmanlıq göstərərək Qarabağı yenidən azadlığına qovuşdurdu. Bu şanlı zəfər Azərbaycanın haqlı mübarizəsinin ən gözəl təzahürü, bütün türk coğrafiyasının qürur mənbəyi olmaqda davam edir.

Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda yeni bir dövrün qapısını araladı. Bu gün qarşımızda duran vəzifə meydanlarda qazanılan zəfəri qalıcı sülh və sabitliklə taclandırmaqdır.

Biz Azərbaycanın haqlı mübarizəsini dəstəklədiyimiz kimi, bölgəmizdə qalıcı sülhün bərqərar edilməsinə yönələn səmimi səylərini də dəstəkləyirik. Qarabağın yenidən abadlaşdırılması və bölgənin əvvəlki canlılığına qovuşdurulması üçün Azərbaycanın ortaya qoyduğu səyləri böyük təqdirlə izləyirik.

Qarabağda yenidən ucalan hər bir tikili və bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir. İnşallah, bu yolda təcrübəmizi bölüşməyə, yenidənqurma və inkişaf səylərinə töhfə verməyə davam edəcəyik", - paylaşımda deyilir.

Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin