İran Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı sazişi təsdiqlədi

Hazırda oxunan: İran Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı sazişi təsdiqlədi

646721

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı sazişi təsdiqləyib. 162 kilometrlik marşrutun bütün ərazisi araşdırma işlərinin aparılması üçün Rusiya şirkətinə təhvil verilib.

Bizim.Media xəbər verir ki, bu barədə İranın yollar və şəhərsalma nazirinin müavini, Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Şirkətinin (CDTIC) baş direktoru Huşəng Bəzvənd məlumat verib.

O, “Tasnim” agentliyinə müsahibəsində bildirib ki, Ali Milli Təhlükəsizlik Şurası ötən həftə müvafiq sazişi təsdiqləyib.

Bəzvəndin sözlərinə görə, ötən çərşənbə günü dəmir yolu marşrutu boyunca qalan 37 kilometrlik torpaq sahəsi də Rusiya şirkətinə təhvil verilib. Beləliklə, bütün marşrut zəruri araşdırma və sahə işlərinin aparılması üçün şirkətin sərəncamına verilib.

O qeyd edib ki, bundan sonra işlər daha sürətlə aparılacaq və araşdırmalara iranlı mühəndislər də cəlb olunacaqlar.

Nazir müavini işlərin sürətləndirilməsinin İran prezidenti və yollar və şəhərsalma nazirinin tələbi olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin