Hörmüzdə üç tanker partladı: Sepah digər gəmilərə xəbərdarlıq etdi

Hazırda oxunan: Hörmüzdə üç tanker partladı: Sepah digər gəmilərə xəbərdarlıq etdi

646700

Səhər saatlarında Hörmüz boğazında İranın icazə vermədiyi marşrutla hərəkət edən üç tankerdə partlayış baş verib və güclü yanğın başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin (HDQ) ictimaiyyətlə əlaqələr şöbəsi öz saytında məlumat yayıb.

SEPAH-ın HDQ-si hadisələri tankerlərin naviqasiya və tanınma sistemlərini söndürməsi, eləcə də ABŞ ordusunun hərəkətləri ilə əlaqələndirib.

Vurğulanıb ki, İranın Hörmüz boğazından keçidlə bağlı müəyyən etdiyi qaydalar bütün gəmilərə dəfələrlə çatdırılıb. 

Qurum xəbərdarlıq edib ki, bu qaydaları pozaraq ABŞ hərbçilərinin köməyi ilə icazə verilməyən marşrutlarla hərəkət edən gəmiləri də eyni aqibət gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin