Rusiya ilə danışıqlara Ukraynadan bu rəsmilər gedir - Adlar

Hazırda oxunan: Rusiya ilə danışıqlara Ukraynadan bu rəsmilər gedir - Adlar

646745

Ukrayna Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini müəyyənləşdirib.

Bizim.Media xəbər verir ki, RBC-Ukrayna-nın məlumatına görə, nümayəndə heyətinə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov başçılıq edəcək.

Heyətə həmçinin Vadim Skibitski, Andrey Qnatov, Kirill Budanov, Sergey Kislitsa və David Araxamiya daxil olublar.

Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, ABŞ nümayəndə heyətinə isə xüsusi elçi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner rəhbərlik edəcəklər.

Danışıqlarda Avropa ölkələrinin nümayəndələrinin də iştirakı gözlənilir. Lakin onların Avropa İttifaqını birbaşa təmsil etməyəcəkləri bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin