Van Qoqun "Ulduzlu Gecə" rəsminin 137 illik sirri açıldı

Hazırda oxunan: Van Qoqun "Ulduzlu Gecə" rəsminin 137 illik sirri açıldı

643789

İmpressionist rəssam Vinsent van Qoqun dünyaca məşhur "Ulduzlu gecə" (The Starry Night) tablosundakı ulduz düzülüşünün fantaziya məhsulu olduğu düşünülürdü. Belə ki impressionizm cərəyanı mahiyyətcə reallıqla xəyalın sərhəddidir. Üstəlik Van Qoq digər fırça yoldaşlarından fərqli olaraq fantaziyasından daha bol istifadə edən, qarışıq boya ustasıdır. 

Bizim.Media xəbər verir ki, yeni araşdırmalar nəticəsində 1889-cu ilin iyul ayında real olaraq gecə səmasında ulduzların bir-birinə sanki axaraq qarışdığı məlum olub. 
 

Van Qoq həmin gecəni olduğu kimi fırçasına köçürüb. "Ulduzlu Gecə" tablosunda təsvir olunan səmanın, astronomik müşahidələrə əsaslandığını göstərən yeni dəlillər ortaya çıxıb. Cənubi Koreyadakı Kyung Hee Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, tablodakı ulduz düzülüşü 22 iyul 1889-cu ildə Fransada səhərə yaxın  müşahidə olunan səma mənzərəsinə uyğun gəlir.


Tablodakı ulduz topasının Buğa bürcündə yerləşən Hiyadlar ulduz qrupuna uyğun gəldiyi müəyyən edilib.

Tədqiqatçı Çonq-Hyun Kimin rəhbərlik etdiyi qrup, tablonun mərkəzində yerləşən və uzun müddət müzakirə mövzusu olmuş ulduz qrupunu araşdırıb. Əvvəllər ulduzların Qoç bürcünə aid olduğu düşünülsə də, onların əslində Buğa bürcü daxilində yerləşən və "V" hərfi formasında olan ulduz topasına uyğun gəldiyi müəyyən edilmişdir.

Ulduzların bir-birinə nəzərən mövqeləri, eləcə də üfüq xətti ilə yaratdıqları bucaqlar tədqiqatın nəticələrini daha da dəstəkləyir. Əsərin yaradılma tarixi yenidən nəzərdən keçirilir. Tədqiqatçılar hesab edirlər ki, rəssam müxtəlif günlərdə səmanı müşahidə edərək əldə etdiyi təəssüratları tək bir tabloda birləşdirmiş ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin