Hindistanda qeydə alınan təhlükəli şou sosial şəbəkələrdə geniş əks-səda doğurub. Boynuna bağlanan kəndirlərlə motosikletləri saxlamağa çalışan şəxs gözlənilmədən yerə yıxılaraq huşunu itirib.
Bizim.Media xəbər verir ki, fiziki gücünü nümayiş etdirmək istəyən şəxs boynuna və bədəninin yuxarı hissəsinə bağladığı kəndirlərlə altı motosikletin hərəkətinə müqavimət göstərməyə çalışıb.
Lakin motosikletlərin əks tərəflərə hərəkət etməsi nəticəsində kəndirlər dartılaraq şou göstərən şəxsin boynunu sıxmağa başlayıb.
Dartınma qüvvəsinə tab gətirə bilməyən şəxs bir neçə saniyə ərzində nəfəs almaqda çətinlik çəkərək dizləri üstə çöküb və yerə yıxılıb. Motosikletlərin hərəkəti davam etdiyi üçün o, qısa müddət torpaq üzərində sürüklənib. Ətrafdakı izləyicilər dərhal köməyə qaçaraq kəndirləri kəsməyə və motosikletləri saxlayaraq zərərçəkənə yardım etməyə çalışıblar.
Onun son səhhəti və həyatını itirib-itirmədiyi ilə bağlı hələlik rəsmi məlumat verilməyib.



Bizim.Media






































































































