Mourinyodan Arda Güler açıqlaması: “Dirsək atmadığını söylədi” – VİDEO

Hazırda oxunan: Mourinyodan Arda Güler açıqlaması: “Dirsək atmadığını söylədi” – VİDEO

643014

"Real Madrid"in baş məşqçisi Joze Mourinyo Türkiyənin milli futbolçusu Arda Gülerin rəqibinə dirsək atdığı iddialarına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında danışan portuqaliyalı mütəxəssis Arda ilə şəxsən danışdığını və futbolçunun rəqibinə dirsək vurmadığını qeyd edib:

"Arda Güler mənə dirsək atmadığını söylədi. Əgər kimsə növbəti mətbuat konfransına qədər Ardanın dirsək atdığına dair sübut (görüntü) göstərsə, onda bunun qırmızı vərəqə olduğunu deyərəm. Heç bir problem yoxdur", — deyə Mourinyo bildirib. O, həmçinin görüntülərə əsasən qərarını dəyişə biləcəyini də istisna etməyib.
 

"Real Madrid"in "Sevilya"nı 4:1 hesabı ilə məğlub etdiyi matçdan sonra rəqib komandanın baş məşqçisi Luis Qarsiya və futbolçusu Xuan İqlesias hakim qərarlarına kəskin etiraz ediblər.


"Sevilya" düşərgəsi epizodun qırmızı kartla nəticələnməli olduğunu iddia edib.

Qeyd edək ki, Arda Gülerin "Real Madrid"i hesabda irəli çıxaran qolundan dəqiqələr əvvəl onunla Peque arasında yaşanan epizod VAR tərəfindən 2 dəqiqə 20 saniyə ərzində incələnib.

VAR-ın məlumatına görə, hakim Busquets Ferrer sahədəki oyunçuların görüntünü bağlaması səbəbindən epizodu təsdiqləyəcək əlverişli kamera bucağının olmadığını bildirib. Buna görə də yoxlama hər hansı qərarla deyil, kifayət qədər görüntünün olmaması təsbiti ilə başa çatıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin