Avropa üç kritik sahədə ABŞ-ı əvəz etməyə qadir deyil – “The Economist”

Hazırda oxunan: Avropa üç kritik sahədə ABŞ-ı əvəz etməyə qadir deyil – “The Economist”

643002

ABŞ Prezidenti Donald Trampın Rusiya ilə yaxınlaşması fonunda Avropa ölkələri Ukraynaya hərbi və kəşfiyyat dəstəyini təkbaşına təmin edə bilməyəcəklərindən ehtiyat edirlər.

Bizim.Media xəbər verir ki, “The Economist” nəşrinin yazdığına görə, transatlantik münasibətlərin mümkün çökməsindən qorxan Avropa ABŞ-ın hərbi köməyinin itirilməsinin yerini doldurmaq gücündə deyil. Eyni zamanda, Avropa dövlətləri daxili büdcə çətinlikləri, siyasi qütbləşmə və Rusiyanın artan təxribatları ilə üz-üzə qalıblar.

ABŞ-ı əvəz etməyin qeyri-mümkün olduğu 3 kritik sahə

Nəşr vurğulayır ki, nə Avropa müttəfiqləri, nə də Ukraynanın innovativ müdafiə müəssisələri hələlik ABŞ-ın malik olduğu aşağıdakı imkanları əvəz edə bilmirlər:

Ballistik raketlərin buraxılışı barədə erkən xəbərdarlıq sistemləri.

Həmin raketləri ələ keçirmək üçün "Patriot" zenit-raket kompleksləri.

Yerdəyişmə orbitində fəaliyyət göstərən geniş "Starlink" internet-peyk şəbəkəsi.
 

Bununla yanaşı, bir çox Avropa ölkəsinin büdcələri böyük borclar, dövlət istiqrazlarının gəlirliliyinin artması və yüksək enerji qiymətləri səbəbindən ağır yük altındadır ki, bu da Ukraynaya əlavə maliyyə yardımının ayrılmasını çətinləşdirir.


Məqalədə qeyd olunur ki, hazırda Avropa üçün yeganə təsəlli ABŞ daxilində Trampın siyasətinə qarşı tənqidlərin artmasıdır. Lakin analitiklər xəbərdarlıq edirlər ki, Tramp daxildə çətinliklərlə qarşılaşarsa, xaricdəki opponentlərinə qarşı daha sərt mövqe tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin