18 yaşlı şahmatçımız beynəlxalq turnirdə QALİB OLDU – FOTO

Hazırda oxunan: 18 yaşlı şahmatçımız beynəlxalq turnirdə QALİB OLDU – FOTO

642997

Gəncədə oktyabrın 12-də start götürən Beynəlxalq Şahmat Turniri başa çatıb. 

Bizim.Media xəbər verir ki, yarışda Azərbaycan, Çin, Rusiya, Özbəkistan və Hindistandan olan şahmatçılar iştirak ediblər. 

Ümumilikdə, turnirdə 200-ə yaxın idmançı mübarizə aparıb.

Turnirin qalibi 18 yaşlı azərbaycanlı şahmatçı Fərid Orucov olub.
 

Fərid Orucov indiyədək Azərbaycan çempionatının yaş qrupu üzrə qalibi və mükafatçısı olub, bir sıra beynəlxalq turnirlərdə də uğurlu nəticələr əldə edib.


Şahmatçı bir neçə gün əvvəl  III beynəlxalq usta normasını yerinə yetirərək beynəlxalq usta titulunu da qazanıb. Bu münasibətlə Sumqayıtda onun iştirakı ilə seans oyunu da təşkil olunub.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin