Bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 15 milyon 829 min 589,9 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Bu barədə Bizim.Media Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Azərbaycandan ixrac edilən xam neftin dəyəri 10 milyard 103 milyon 482,51 min ABŞ dolları təşkil edib.
İxrac edilən xam neftin həcmi 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 6,86 % az, dəyəri isə 13,02 % çoxdur.
Ötən 9 ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 48,04 % olub.
Bizim.Media






































































































