Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, Novruzov Əkbər Akif oğlu idarə etdiyi avtomobili ilə Xətai rayonu Gəncə prospektində hərəkətdə olarkən İsgəndərov Emil Amil oğlunun idarə etdiyi minik avtomobili ilə toqquşub.
Yol-nəqliyyat hadisəsi nəticəsində Emil İsgəndərovun idarə etdiyi avtomobil yoldan çıxaraq səki ilə piyada hərəkət edən 1981-ci il təvəllüdlü Əliyeva Elzanə Gündüz qızına çırpılıb.
Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb. (Report.az)
Bizim.Media






































































































