Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Hazırda oxunan: Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

642698

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə hələlik baş çəkməyib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mediası BQXK-nın ölkədəki nümayəndəliyinin kommunikasiya və ictimaiyyətlə əlaqələr proqramlarının rəhbəri Zara Amatuniya istinadən məlumat yayıb.

Nəşrlərdə qeyd olunub ki, məsələ ilə bağlı Ermənistan hakimiyyəti ilə danışıqlar aparılır.
 

Qeyd edək ki, hadisə oktyabrın 1-də Sünik vilayətinin Şaki kəndində baş verib. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nəsimi Musayev məlum olmayan şəraitdə sərhədi keçərək Ermənistanın Şəki (Zəngəzur) kəndinə keçib. Ermənistan tərəfinin iddiasına əsasən azərbaycanlı hərbçi Ermənistan vətəndaşının ayağından atəş açıb. 


Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamasından bildirib ki, hadisə baş verən zaman azərbaycanlı hərbçinin Ermənistan ərazisinə keçməsinə dair sübut olmayıb. Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycan tərəfi hərbçinin itkin düşməsi barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinə məlumat verib. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin