Ruslar “köhnə dost”undan üz döndərir – araq istehsalı çöküşdə

Hazırda oxunan: Ruslar “köhnə dost”undan üz döndərir – araq istehsalı çöküşdə

635463

Rusiyada spirtli içki istehsalında azalma ikinci ildir davam edir, avqustda isə geriləmə daha da sürətlənib.

Bizim.Media xəbər verir ki, ilin ilk səkkiz ayında ölkədə alkoqollu içkilərin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalıb.

Yanvar-avqust aylarında araq istehsalı 12,1 faiz, konyak istehsalı 16,8 faiz geriləyib. Sakit şərabların istehsalında 14,8 faiz, köpüklü şərablarda isə 14,6 faiz azalma qeydə alınıb.

Ən böyük geriləmələrdən biri likör şərablarında baş verib – istehsal 42,6 faiz aşağı düşüb. Meyvə əsaslı alkoqollu məhsulların istehsalı isə 37,7 faiz azalaraq 621,4 min dekalitrə enib.

Məlumata görə, Rusiyada alkoqol istehsalı artıq ikinci ildir ardıcıl azalır. Bazar iştirakçıları bunu qiymətlərin bahalaşması, tələbatın zəifləməsi və spirt üçün aksiz vergisinin ödənilməsi qaydalarının dəyişməsi ilə əlaqələndirirlər. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin