Şəmkirdə 24 yaşlı gənci qatar vurub öldürdü

Hazırda oxunan: Şəmkirdə 24 yaşlı gənci qatar vurub öldürdü

635379

Şəmkirdə qatar 24 yaşlı oğlanı vurub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Sabirkənd kəndində baş verib. 

Bakı-Tbilisi-Bakı sərnişin qatarı Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman kənd sakini, 2002-ci il təvəllüdlü Rahil Vəliyevi vurub. 24 yaşlı gənc aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.

Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin