“ƏDV geri al” üzrə vətəndaşlara 140 milyon manata yaxın vəsait qaytarıldı

Hazırda oxunan: “ƏDV geri al” üzrə vətəndaşlara 140 milyon manata yaxın vəsait qaytarıldı

635468

2026-cı ilin yanvar-avqust aylarında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 139 milyon 829,14 min manat ƏDV qaytarılıb.

Bizim.Media xəbər verir ki, bu məbləğ pərakəndə ticarət, ictimai iaşə, mədəniyyət və tibb xidmətləri, eləcə də işğaldan azad edilmiş ərazilərdə hotellərdə gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV üzrə geri qaytarılıb.

Hesabat dövründə “Tax free” sistemi üzrə xarici vətəndaşlara 6 milyon 208,3 min manat ƏDV qaytarılıb.

Bundan əlavə, yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alınmasına görə fiziki şəxslərə qaytarılmış ƏDV-nin həcmi 23 milyon 206,73 min manat təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin