Valideynlərin dərslərlə maraqlanması uşaqların nəticəsinə necə təsir edir? – Nazirdən AÇIQLAMA

Hazırda oxunan: Valideynlərin dərslərlə maraqlanması uşaqların nəticəsinə necə təsir edir? – Nazirdən AÇIQLAMA

635452

“Azərbaycanda valideynlərin 56 faizi övladının təhsili ilə həftədə ən azı bir dəfə maraqlanır”.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram"ının nəticələrinin təqdimatında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Nazirin sözlərinə görə, yüksək nəticə göstərən şagirdlər arasında valideynləri dərsləri ilə maraqlananların sayı maraqlanmayanlardan 42 nəfər çoxdur:

"Valideynlərin 63 faizi övladından həmin gün nə etdiyini soruşur. Yüksək nəticə göstərənlər arasında bu cür uşaqların sayı digərlərindən 38 nəfər çoxdur”.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin